|
Baham adalarında "Dorian" qasırğası 5 nəfərin ölümünə səbəb oldu

Baham adalarında "Dorian" qasırğası 5 nəfərin ölümünə səbəb olub.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, Baham Adaları Birliyinin baş naziri Hyubert Minnis deyib.

Onun sözlərinə görə, ölüm halları Abako adasında qeydə alınıb.

 

Qeyd edək ki, saat 01:00 üçün qasırğanın episentri Palm-Biçdən (Florida ştatı) 170 kilometr şərqdə olub. Küləyin sürəti saniyədə 63,8 metrə çatır.