|
Türkiyədə avtomobil kanala aşıb, ölən və yaralananlar var

Türkiyənin Kahramanmaraş şəhərində minik avtomobili su kanalına aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü həlak olub, 3 sərnişin isə xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, qəzaya səbəb avtomobilin sürücüsünün ürək tutması keçirməsi olub.