“Mançester Yunayted” müdafiəçisi Mateo Darmianla yollarını ayırıb.
Qol.az xəbər verir ki, 29 yaşlı müdafiəçi “Parma”ya transfer olunub. İtaliya klubunun rəsmi saytı oyunçu ilə 4 illik müqavilə imzalandığını açıqlayıb. "Parma" bu transferə görə qarşı tərəfə 1,5 milyon avro ödəyib.
Qeyd edək ki, italiyalı futbolçu “qırmızı şeytanlar”a 2015-ci ildə “Torino”dan cəlb olunmuşdu.
