Bir müddət öncə (11 mart 2015-ci il tarixində) Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional DYNİ-nin YT üzrə NİŞ-nin rəisi Saleh Abışovla bağlı Arqument.Az-a məlumat daxil olmuşdu. Şikayət xarakterli həmin məlumatda xidmət rəisi ilə bağlı bəzi iddialar səsləndirilmişdi.
Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti sorğumuza cavab göndərib. Həmin sorğuda bildirilir ki, xidmət rəisi ilə bağlı səsləndirilən iddialarla bağlı müvafiq araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb:
"11 mart 2015-ci il tarixində “Arqument.az” informasiya portalında Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional DYNİ-nin YT üzrə NİŞ-nin rəisi, daxili xidmət mayoru Saleh Abışov haqqında dərc olunmuş problemlə bağlı DYNX-də araşdırmalar aparılmış, toplanılmış materiallara əsasən sözügedən əməkdaş barəsində iddia olunan faktlar öz təsdiqini tapmamışdır".
