|
Ficinin cənub-şərqində 6,7 bal gücündə zəlzələ baş verib

Ficinin cənub-şərqində Ono-i-Lau sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, zəlzələnin episentri adanın şimal sahilində olan Nukuni qəsəbəsindən təqribən 100 km şimalda yerləşib.

Dağıntılar və zərər çəkənlər barədə məlumat verilməyib.

 

Sunami təhlükəsi elan edilməyib