|
Azərbaycan-Xorvatiya: Biletlər satışa çıxarılıb

Azərbaycan milli komandasının Xorvatiya milli komandasına qarşı “Bakcell Arena”da keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.

Bu barədə Trend AFFA-ya istinadən xəbər verir.

Qeyd edək ki, iki ölkənin futbol yığmaları Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da qarşı-qarşıya gələcək.