Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə oan müavini Fərəc Kərimlinin məhkəməsi davam edib.
"Yeni Müsavat"ın əməkdaşının məhkəmədən verdiyi məlumata görə, bugünkü prosesdə şahidlərdən iki nəfər ifadə verib.
Proses zamanı əsəblər gərilib, nəticədə tərəflər arasında əlbəyaxa dava düşüb. Hal şahidinin yalan ifadələri zalda etiraz doğurub. Şahid proses iştirakçılarını təhqir edib.
Qeyd edək ki, Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də barəsində üç aylıq həbs qərarı çıxarılıb. Nərimanov rayon Məhkəməsi dekabrın 21-də həbs müddətinin daha 2 ay uzadılması barədə qərar çıxarıb.
O narkotik maddə saxlamaqda ittiham olunur.
Müdafiə tərəfi ittihamı rədd edir.
