|
Yığmamız Belarusa yenə uduzdu
Futzal üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib.
 
Qol.az xəbər verir ki, Borisov İdman Kompleksində Belarus yığması ilə qarşılaşan millimiz məğlub olub - 2:4. Komandamızın heyətində İsa Atayev və Teles Thaqo fərqlənib.
 

Qeyd edək ki, bu komandalar arasında avqustun 26-da keçirilən ilk oyunda ev sahibləri 5:3 hesablı qələbə qazanıb.