|
Messi daha 1 ay oynamaya bilər

"Barselona"nın futbolçusu Lionel Messi daha 1 ay yaşıl meydanlardan uzaq qala bilər.

Qol.az-ın "RAC1"ə istinadən yaydığı xəbərə görə, argentinalı hücumçunun bərpa prosesi ləngiyir. Onun bərpa müddətinin təxminən 1 ay çəkəcəyi gözlənilir.

 

Qeyd edək ki, Messi zədə səbəbindən La Liqanın ilk iki turunu buraxıb.