|
Türkiyədə üç PKK terrorçusu zərərsizləşdirilib

Türkiyənin Tunjeli vilayətində üç PKK terrorçusu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Bildirilir ki, vilayətin Jandarma Komandanlığının iştirakı ilə keçirilən xüsusi əməliyyat zamanı terrorçular zərərsizləşdirilib.

 

Bölgədə əməliyyatlar davam edir.