|
Mərakeşin cənubunda daşqınlar nəticəsində 7 nəfər ölüb

Mərakeşin cənubundakı Tarudant bölgəsində daşqınlar nəticəsində 7 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Hespress" yerli qəzeti yazıb.

Məlumata əsasən, avqustun 28-də güclü yağış daşqına səbəb olub, nəticədə 7 nəfər həlak olub.

 

İtkin düşənlərin axtarışının aparıldığı qeyd olunur.