|
Ebru Gündeş 3,5 milyon qazanacaq

Müğənni Ebru Gündeş iyulda verdiyi beş konsertdən 2,5 milyon lirə (təxminən 1,1 milyon manat) qazanıb.

 

Axşam.az xəbər verir ki, tamaşaçıların istəyi ilə sənətçi sentyabrın 11 və 15-də də səhnəyə çıxacaq. Gündeş bu gecədən isə 1 milyon lirə alacaq. Beləcə, sənətçinin yay qazancı 3,5 milyon lirə (təxminən 1,6 milyon manat) olacaq.

Müğənninin konsertinə biletlər 60 lirədən 416 lirəyə qədərdir. VİP biletlər isə 1000-5000 lirə arası satışa çıxarılıb.