Ukrayna hərbçiləri Rusiya yönlü separatçıların Donbasın Şirkino kəndinə hücuma keçməsi xəbəri yayıblar.
Bu haqda “Azov” batalyonu öz feysbuk səhifəsində yazıb. Rusların hücumu dəf edilib. 2 ukraynalı döyüşçü yaralanıb.
Daha əvvəl ATƏT-in müşahidə missiyası Şirokino kəndində döyüşlər qeydə almışdı.Yaşayış obyekti tank və minaatanlardan atəşə tutulmuşdu.
Keçən gecə ərzində separatçılar Ukrayna ordusunun mövqelərini 13 dəfə atəşə tutublar.
