|
Türkiyədə yol qəzası baş verib: 8 nəfər xəsarət alıb

Türkiyənin Ədirnə vilayətində iki avtomobil toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində səkkiz nəfər yaralanıb, onlardan üçü uşaqdır.

Qəza gecə Süloğlu-Lalapaşa yolayrıcısında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Hadisənin araşdırılması davam edir.