|
Neft milyarderi ölü tapıldı

ABŞ-ın "Getty Oil" neft şirkətinin yaradıcısı Qordon Qettinin varisi və nəvəsi 47 yaşlı milyarder Endrü Qetti Los-Ancelesdəki evində ölü tapılıb.
Cia.az-ın məlumatına görə, biznesmenin ölüm səbəbi anlaşılmaz olaraq qalır. Hazırda polis araşdırmanı davam etdirir. 
Ölən iş adamının babası Pol Qetti bir müddət ABŞ-da ən zəngin insan hesab olunub.
Mərhumun atası Qordon Qetti "Forbes" versiyasına görə ən zəngin insanların siyahısına daxil olub.