|
Ankarada 3,4 bal gücündə zəlzələ olub

Türkiyənin Ankara vilayətinin Kazan bölgəsində 3,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla 22:11-də qeydə alınıb. Zəlzələlərin episentri Kazan vilayətində olub.

Zəlzələnin ocağı 7,06 kilometr dərinlikdə yerləşib.

 

Yeraltı təkanlar vilayətin bir çox bölgəsində hiss olunub.