Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib.
Lent.az xəbər verir ki, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır.
Xatırladaq ki, icra başçılarının aqrar məsələlər üzrə müavinləri çalışdıqları rayonlarda kənd təsərrüfatı və torpaqla bağlı məsələləri koordinasiya edirdilər.
Saytın məsələ ilə bağlı münasibət öyrəndiyi icra hakimiyyətlərindən faktı təsdiqləyiblər.
Üstəlik o da bildirilib ki, İH-nin aqrar məsələlər şöbəsi də ləğv edilib. Həmin şöbədə çalışan əməkdaşlar İH-nin iqtisadiyyat şöbəsində işlə təmin olunacaqlar.
