|
Bakıda çoxmərtəbəli binanın mağazası yanıb

Bakıda çoxmərtəbəli binanın mağazası yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın tavan hissəsində 1 p.m elektrik naqilləri yanıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​