|
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xarici ölkə vətəndaşı xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xarici ölkə vətəndaşı xilas olunub.