|
Göygöldə "MAZ" yanıb

Göygöldə yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Göygöl rayonunda "MAZ" markalı yük avtomobilinin kabina hissəsi, 1 ədəd təkəri və banına yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb.

Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb