|
ABŞ-da universitetdə ATIŞMA - Ölən və yaralananlar var

ABŞ-ın Alabama ştat universitetində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Daha 3 nəfərin yaralandığı deyilir. Yaralılardan ikisinin vəziyyəti ağır dəyərləndirilir.

 

Polis universitet rəhbərliyi ilə birgə hadisənin səbəblərini araşdırır. Atışmanı törədənlərin axtarışları davam edir.