|
Bakıda yol qəzası - Prospektdə tıxac yarandı

Bakıda yol qəzası olub.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hadisə Ziya Bünyadov prospektində baş verib. Metronun “Koroğlu” stansiyası istiqamətində baş vermiş qəza nəticəsində prospektdə sıxlıq yaranıb.