|
“Qalatasaray” qapıçısını “Kayserispor”a icarəyə verib

“Qalatasaray”ın futbolçusu İsmail Çipe “Kayserispor”a keçib.

APA-nın məlumatına görə, İstanbul təmsilçisi ehtiyatda qalan qapıçısını icarəyə göndərib.

24 yaşlı qolkiper qarşıdakı 2 ili “Kayserispor”da oynayacaq. İ. Çipenin keçidi 160 min Türkiyə lirəsinə başa gəlib.

Qeyd edək ki, qapıçı Türkiyənin aşağı yaş qruplarında 2 oyunda forma geyinib.