|
Gülənçi jurnalist terrora dəstək verdi

Türkiyədə girov götürülən prokurorun ölümü ilə nəticələnən terror hadisəsinə Fətullah Gülənə bağlı “Samanyolu” tele kanalının xəbər aparıcısı dəstək nümayiş etdirib. 

ANS PRESS-in məlumatına görə, aparıcı Asim Yıldırım terror hadisəsini törədən “DHKP-C”nin orqanı olan “Xalqın səsi” kanalının sosial şəbəkədə yazdığı mesajı öz səhifəsində paylaşıb. 

Qeyd edək ki, tele kanalın twitter səhifəsində, “DHKP-C döyüşçüləri Berkin Elvanın hesabını soruşmaq üçün hazırda Çağlayan məhkəməsində aksiyadadırlar” mesajını yazıblar. Yıldırım isə bu mesajl retweet edib. 

Asim Yıldırım məruz qaldığı kəskin reaksiyalardan sonra mesajı öz twitter səhifəsindən silib. 

Xatırladaq ki, ötən gün Türkiyənin İstanbul şəhərində “Gəzi parkı” aksiyalarından polis tərəfindən öldürülən Berkin Elvanın işini aparan prokuror Mehmet Kiraz DHKP-C terrorçuları tərəfindən girov götürülmüşdü. Keçirilən əməliyyat zamanı 3 terrorçu məhv edilib, ağır yaralı vəziyətdə xəstəxanaya çatdırılan prokurorun isə həyatını xilas etmək mümkün olmayıb. 

Asim Yıldırım daha əvvəl jarqon ifadələrlə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı da twitter səhifəsində təhqir etmişdi.