|
Türkiyədə silahlı hücum nəticəsində 3 nəfər yaralanıb

Türkiyədəki gecə klublarından birinə edilən silahlı hücum nəticəsində 3 nəfər yaralanıb.

Hadisənin İzmirin Tire rayonunda baş verdiyi bildirilir.

Yaralılar İzmir vilayətinin dövlət xəstəxanasına çatdırılıb. İki nəfərin vəziyyəti ağırdır.

 

Təqsiri olanların tutulması üçün işlər aparılır.