|
Nurgül Yeşilçayın bu halı hamını təəccübləndirdi - Foto

Aktrisa Nurgül Yeşilçay yeni film üçün kamera qarşısına keçib.

 

Axşam.az xəbər verir ki, o, Selçuk Aydemirin 2015-də çıxan və uzun müddət çox satılanlar sırasında yer alan kitabı "Mahalleden Arkadaşlar"la eyni adı daşıyan filmində çəkilir.

Yeşilçay 1990-cı illərin məhəllə xalalarının obrazını canlandıracaq. Nurgülün tərəf müqabili Alper Kulundur.

Roluna görə Anadolu qadını imicinə girən aktrisa dekorativ vasitələrlə kökəldilib, saçı isə 90-cı illərin dəbinə uyğun düzəldilib.