|
Qadını tanımağın ən asan yolu -

Gözəl və düzgün alınmış qaşlar müasir qadınların ayrılmaz atributudur. Sifətinizdə cəmi bir detalı dəyişməklə öz obrazınızı tam dəyişdirə bilərsiniz. Qaşda cəmi bir çalar, incəlik sizi temperamentli biznes-lediyə çevirə bilər. Qaşda bir-iki tükü almaqla və ya saxlamaq  insanın obrazı tamamilə dəyişir.

Amma onu da unutmaq olmaz ki, qaşları qadının üz quruluşuna uyğun almaq lazımdır. Çünki hamıya qalın və ya nazik qaş modeli yaraşmır.

Seçdiyiniz qaş forması haqqında ətrafdakılar nə düşünür?

Qaşsız

Orta əsrlərdə Avropada qaşları tamamilə almaq və təmiz alın çox populyar idi. İndi isə qaşsız sima şəxsin xarakterinin olmadığına dəlalət edir.

Düz qaşlar

 

Ucları aşağıya doğru, kifayət qədər geniş və qara qaşlar kişi tipidir.  Belə qaş formasını seçən qadınlar kişi xarakterinin bəzi xüsusiyyətlətinə sahib olurlar: Düzlük, açıqlı, sərtlik, hakimiyyətpərəstlik və qəddarlıq.

 

Sındırma qaşlar

 

 

Sındırma nə qədər hündür və sərt olarsa, bu, qadının  temperament və qadın mahiyyətinin parlaqlığından xəbər verir. Belə qaşlar biznes-ledilər üçün münasibdir. Çünki belə qadınlar qarşısındakı insanlı onlarla hesablaşmağa sövq edirlər. Onların enerji və qüvvəsi çoxdur.

Uzun qaşlar

 

 

Belə qaş formasına malik qadın öz qiymətini bilən, güclü, ehtiraslı, özü-özünü təmin edə bilən adamdır. Belə qaşlar gənc sifəti daha böyük göstərir, uzun qaşlar yaşlı qadını daha cavan göstərir.

Qısa qaşlar

 

 

Bu qaş forması sifəti açıq, avam və sadəlövh uşaq kimi edir. Bu qaşlar gənc qızlara çox gözəl yaraşır, amma yetkin qadın haqqında eyni sözü demək olmaz.

 

Nazik qaşlar

 

 

Qadınlığın zirvəsidir. Bu qaş formasını seçən qadın tənha ola bilməz. Ona qayğı, güllər, hədiyyələr çox lazımdır.

 

Girdə simmetrik qaşlar

 

 

Bu, əsl biznes-ledi qaşdır. Bu qaşlar onun ehtiyatlı, hazırcavab, ixtiraçı və özünə arxayın xarakteri haqqında məlumatlar verir.

Qalın, təbii qaşlar

 

Enli, qalın qaşlar sifəti açıq edir, güc və enerji verir. Lakin əgər qaşlar həddən artıq aşağıdırsa, yaşlaşdıqca sifətə qəmkin, qaranlıq ifadə verir. Ona görə də belə "vəhşi" qaşlar yalnız cavan qızlar üçün yaxşıdır.

 

Sonu aşağıya doğru əyilən qaşlar

Bu qondarma qurban qaşıdır. Bu qaşın sahibələrinin simasında həmişə darıxdırıcı bir ifadə olur, sanki yardım üçün yalvarırlar. Belə qaşlar haqqında deyirlər ki, bu insan öz həyatının yaradıcısı deyil.