|
"ExxonMobil" şirkətinə məxsus neft zavodunda yanğın baş verib

ABŞ-ın Texas ştatının Beytaun şəhərində "ExxonMobil" şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 37 nəfər yaralanıb.

Bildirilir ki, onların həyatı üçün təhlükə yoxdur.