|
Ərdoğandan prokurorun azad edilməsi əməliyyatı ilə bağlı ilk açıqlama-
Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  Çağlayan Məhkəməsində girov götürülmüş prokurorun azad edilməsi ilə bağlı ilk açıqlamasını verib. 
Ərdoğan bu hadisəni ibrətamiz adlandırıb.
"Silah səsləri eşidilincə təhlükəsizlik  qüvvələrimiz  otağa girib . Prokurorumuz 3 güllə başından, 2 güllə  isə bədənindən alıb. Prokurorumuzun vəziyyəti ciddidir.
Hələ də əməliyyatdadır . İnşallah bu əməliyyatın nəticəsində sağlamlığına qovuşar. Bu ibrətamiz bir hadisədir, əlbəttə mən polis işçilərimizin xüsusilə, keçirdiyi əməliyyata  görə  təbrik edirəm. Çünki onlarda silah səsləri gələndən  sonra otağa girərək  üzərlərinə düşəni  yerinə yetiriblər . Həkim yoldaşlarımız da əllərindən gələni edirlər."