Türkiyənin elektrik enerjisinin verilişi üzrə dövlət şirkəti (TEİAS) ölkənin bəzi şəhərlərində elektrik enerjisi təchizatının pozulması səbəblərini açıqlayıb.
"Trend"-in TEİAS-a istinadən verdiyi məlumata görə, buna səbəb magistral elektrikötürücü xəttində qırılma olub. Elektrik enerjisi ölkəyə həmin xətt vasitəsilə idxal edilir.
Hazırda qəzanın aradan qaldırılması üzrə işlər aparılır. Artıq Türkiyənin bir sıra şəhərlərində elektrik enerjisinin təchizatı qismən bərpa edilib.
* * * 14:25
"Elektrik kəsintisinin səbəbləri arasında terror ehtimalı da ola bilər".
Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Bu barədə "Trend" Türkiyənin TRT Haber telekanlına istinadən məlumat verir.
Davudoğlu qeyd edib ki, hazırda elektrik enerjisinin kəsilməsinin səbəbləri araşdırılır.
Bu gün Türkiyədə elektrik enerjisinin kəsilməsi Ankara, İstanbul və İzmir kimi böyük şəhərlərdə ciddi fəsadlara səbəb olub.
Məlumata əsasən, elektrik enerjisinin kəsilməsi ilə adıçəkilən şəhərlərdə metro stansiyalarının işinə fasilə verilib. Bildirilir ki, böyük şəhərlərdə tramvay xətləri, yollarda işıqforlar işləmir.
Məlumata əsasən, metroda qalan vətəndaşların təxliyə edilməsi üçün əlavə generatorlar işlədilir.
