|
ABŞ-da festivalda insanlar atəşə tutulub

ABŞ-ın Kaliforniya ştatında keçirilən “Gilroy Garlic” ərzaq festivalında güllələnmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, silahlı insident nəticəsində 3 nəfər ölüb, daha 12 nəfər ciddi yaralanıb.

Şahidlərdən birinin sözlərinə görə, atəşi görünüşcə 20 yaşı olan gənc oğlan açıb.