|
Bakıda 2 otaqlı ev yanıb

Bakıda yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.