|

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İran onun Tehranı ziyarət etmək və "İran xalqı ilə birbaşa danışıqlar" aparmaq təklifini qəbul etməyib.

“Report” xəbər verir ki, o bu barədə "Twitter" mikrobloqunda yazıb.

"Bu yaxınlarda mən Tehrana gəlməyi və İran xalqı ilə birbaşa danışmağı təklif etdim. Rejim mənim təklifimi qəbul etmədi", - deyə Pompeo bildirib.