|
2 gün əvvəl "Mercedes"in vurduğu piyada xəstəxanada öldü

Xətai rayonunun R.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 24-də saat 19 radələrində Xətai rayonunun R.Məmmədov küçəsində Ağsu rayon sakini V.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini Solmaz Rəsulovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 25-də orada ölüb.