Türkiyəli aktrisa Nurgül Yeşilçay tətilə çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa tətil zamanı çəkilən fotosunu İnstaqram hesabında paylaşaraq paparazzilərə göndərmə edib.
O, "gizli-gizli çəkməyin, mən foto paylaşım hamımız rahat olaq" deyə, yazıb.
Qeyd edək ki, paparazzilər bir neçə gün öncə aktrisanın gizli fotosunu çəkmişdilər.

