Müğənni Əmrah Erdoğan rahat səyahət etmək və ailəsi ilə hər kəsdən uzaq qalmaq üçün özəl təyyarə almaq qərarına gəlib.
Axşam.az xəbər verir ki, sənətçi dəniz təyyarəsi alacaq. O, dəyəri 3 milyon olan, 16 insanın yerləşə biləcəyi minik vasitəsi üçün danışıqlara başlayıb.
Özəl təyyarə Amerikadan gətiriləcək. Bunun üçün uzun müddətdir araşdırma aparan Əmrah sonda qərarını verib.

