|
Pakistanda partlayış: Ölənlər var

Pakistanın Kvetta şəhərində bomba partladılıb.

Trend-in məlumatına görə, partlayış nəticəsində 2 nəfər ölüb, daha 16-sı yaralanıb.

Belə ki, cinayəkarlar motosikletə bomba yerləşdirərək onu aptekin yanında saxlayıblar.

Partlayış nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

 

Hadisə ilə bağlı istintaq aparılır.