|
ABŞ-da iki təyyarə toqquşub

ABŞ-in Tennessi ştatında iki təyyarə toqquşub.

Trend-in məlumatına görə, Naşvill şəhərindəki beynəlxalq aeroportda uçuşa hazırlaşan təyyarə digər təyyarənin qanadına dəyib.

Toqquşma zamanı xəsarət alan olmayıb.

 

Qeyd edilir ki, hər iki hava gəmisi “Southwest Airlines” şirkətinə məxsus olub.