|
Yeni Zelandiyada zəlzələ baş verib

Yeni Zelandiyada 3,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanların episentri Kraystşerş şəhərində 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.