|
Yeni Zelandiyada partlayış: Xəsarət alanlar var

Yeni Zelandiyanın Kraystrerç şəhərində evdə qaz partlayıb.

Trend-in məlumatına görə, partlayış nəticəsində 6 nəfər müxtəlif xəsarət alıb.

Partlayışdan sonra yaxınlıqda olan bina sakinləri təxliyə edilib. Qeyd olunur ki, yaralılar arasında ağır vəziyyətdə olanlar var.