|
Türkiyədə şok olay: işıqlar söndü, prokuror girov götürüldü -

Türkiyədə prokuror öz otağında girov götürülüb.

Cia.az Türkiyə mətbuatına istinadən məlumatına görə, 2013-cü ildə "Gəzi parkı" olaylarında polis tərəfindən öldürülən Bərkin Elvanın cinayət işini aparan prokuror Məhmət Səlim Çağlayan öz otağında girov götürülməsi ilə bağlı xəbər yayılıb. Xəbərdə otaqdan silah səsinin eşidildiyi deyilib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Prokuroru PKK üzvlərinin girov götürdüyü ehtimal olunur.

*     *      * 14:25

"Elektrik kəsintisinin səbəbləri arasında terror ehtimalı da ola bilər".

Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Davudoğlu qeyd edib ki, hazırda elektrik enerjisinin kəsilməsinin səbəbləri araşdırılır.

Bu gün Türkiyədə elektrik enerjisinin kəsilməsi Ankara, İstanbul və İzmir kimi böyük şəhərlərdə ciddi fəsadlara səbəb olub.

Məlumata əsasən, elektrik enerjisinin kəsilməsi ilə adıçəkilən şəhərlərdə metro stansiyalarının işinə fasilə verilib. Bildirilir ki, böyük şəhərlərdə tramvay xətləri, yollarda işıqforlar işləmir.

Məlumata əsasən, metroda qalan vətəndaşların təxliyə edilməsi üçün əlavə generatorlar işlədilir.