|
Bakıda daha bir yol qəzası tıxaca səbəb oldu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

Ziya Bünyadov prospektinin (20 Yanvar dairəsi istiqaməti) Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki istiqamətdə sıxlıq müşahidə edilir.