|
Papua - Yeni Qvineya sahillərində zəlzələ olub

Papua - Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltə təkanların episentri Arava şəhərindən 175 kilometr şimalda, ocağı isə 497,1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.