|
Kuril adalarında 5 bal gücündə zəlzələ olub

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, zəlzələnin episentri İturup adalarında 116 kilometr cənub-şərqdə, ocağı isə 63 kilometr dərinlikdə yerləşib. 

Kuril adalarının yaşayış məntəqələrində yeraltı təkanların hiss olunması ilə bağlı operativ məlumat verilməyib.