|
Məhəmməd Hadinin 31 Mart şeiri

CİA.AZ Kulis dərgisinə istinadən Məhəmməd Hadinin 31 Mart soyqırımına həsr etdiyi şeiri təqdim edir

Şühadeyi hürriyətimizin ərvahinə ithaf

Sizin məzariniz iştə qülubi – hürriyətdir,
Bu sözlərim ürəgimdən qopan həqiqətdir,
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynəti cəhani – fəna,
Sizinlə buldu bu millət həyati nur istiqbal,

Bu gündə etmədə əhli – vətən sizi yad.
Salamlayır sizi iştə bu milləti – azad,
Sizin də ruhunuz uçsun behişti - ə´ lada,
Bizi xilas edərək pəncəyi - əsarətdən.
Nicat bəxş olarmı dəsti əhli – vəhşətdən,
Çəkildiniz əbədi xüldi – zari – rəhmanə -
Behişti rəhmanə, yə ´ ni: diyari rəxşanə!
O, xününüzlə açıldı bəhari – hüriyət,
Sizin də yurdunuz olsun behişti – ülviyyət!..

Bakı 31 mart 19119 – cu il
“Azərbaycan” qəzeti № 147, 31 mart 1919.