|
Frankfurtda 16,5 min insan bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib

Almaniyanın Frankfurt-Mayn şəhərində təxminən 16,5 min sakin İkinci Dünya Müharibəsindən qalmış bombanın zərərsizləşdirilməsi əməliyyatı ilə bağlı təxliyə edilib.

Trend-in məlumatına görə, 500 kiloqramlıq bomba Avropa Mərkəzi Bankının binası yaxınlığında, inşaat işləri zamanı aşkarlanıb.

Təxliyə yerli vaxtla saat 08:00 başlayıb.