|
400 minlik saat taxdı

Müğənni Berkay alış-veriş mərkəzində obyektivlərə tuş gəlib.

 

Axşam.az-ın məlumatına görə, hamilə həyat yoldaşı Özlem Ada Şahin də sənətçinin yanında olub.

Berkayın qolundakı saat diqqət çəkib. Aylıq qazancının 150-200 min lirə olduğunu söyləyən müğənninin "Patek Philippe" brendinin saatının dəyəri 400 min lirədir (təxminən 120 min manat).