|
Zaqatalada 5 ton ot bağlaması yanıb

Zaqatala rayonunda yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Əliabad qəsəbəsində "T-28" markalı traktorun 2 ədəd qoşqusu və qoşqulara yığılan 5 ton ot bağlaması yanıb.

Traktor yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;