|
ABŞ tibb mərkəzindəki hücum, yaralılar var

ABŞ tibb mərkəzindəki hücum zamanı bir neçə nəfər yaralanıb.

Trend-in xəbərinə görə, bu barədə CBS telekanalına yerli polis məlumat verib.

Xəsarət alanların dəqiq sayı açıqlanmır.

 

Məlumatda bildirilir ki, insident zamanı yaralılardan 3-nün vəziyyəti ağırdır. Şübhəli şəxs həbs olunub.