|
Paris-Milan dəmir yolunda hərəkət bir neçə həftəlik dayandırıldı

Paris-Milan dəmir yolunda qatarların hərəkəti bir neçə həftəlik dayandırılıb.

Trend-in məlumatına görə, buna səbəb Fransanın Savoya departamentində dəmir yolunda torpaq sürüşməsi olub.

Həmin marşrut üzrə hərəkətin dəqiq nə zaman bərpa olunacağı məlum deyil. Hazırda bölgədə yeni sürüşmə riskinin olub-olmaması araşdırılır.